​Bakıda narkotik satan şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib

​Bakıda narkotik satan şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib O, tapdığı narkotik maddəni Bakıya gətirərək tanımadığı şəxslərə satmaq istəyib
Hadisə
2 Mart , 2016 17:13
​Bakıda narkotik satan şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəylər Tağıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının ötən ilin oktyabr ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon sakini Bəylər Tağıyev şübhəli şəxs qismində saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, ümumi çəkisi 2 kiloqram 585 qram narkotik maddə olan marixuana aşkar olunub. Saxlanılan 57 yaşlı B.Tağıyev ilkin istintaq zamanı bildirib ki, tapdığı narkotik maddəni Bakıya gətirərək Sahil qəsəbəsində tanımadığı şəxslərə satmaq istəyib.

Son xəbərlər

Orphus sistemi