Bakıda narkotik satan 15 nəfər saxlanılıb

Bakıda narkotik satan 15 nəfər saxlanılıb Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir, narkotiklərin qanunsuz dövriyysi ilə məşğul olan 15 nəfər saxlanılıb
Hadisə
2 May , 2022 16:11
Bakıda narkotik satan 15 nəfər saxlanılıb

Narkotiklərin qanunsuz dövriyysi ilə məşğul olan 15 nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ötən gün keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 4, onlar üçün narkokuryerlik edən daha 11 nəfər saxlanılıb, onlardan külli miqdarda narkotik vasitə aşkar edilib

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi