Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan Zəhvər Nəsirov saxlanılıb.
Hadisə
21 Sentyabr , 2018 15:38
Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan Zəhvər Nəsirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, onun yaşadığı evə baxış keçirilən zaman 1 kiloqram 083 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1,034 qram metamfetamin aşkar olunaraq götürülüb. Z.Nəsirov ifadəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi