Bakıda narkotik əməliyyatları: 3 nəfər saxlanıldı

Bakıda narkotik əməliyyatları: 3 nəfər saxlanıldı Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılıb.
Hadisə
186
26 İyun , 2020 12:51
Bakıda narkotik əməliyyatları: 3 nəfər saxlanıldı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirib.

Əməliyyat tədbiri nəticəsində ondan çəkisi 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyatı ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərova Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 605 qram heroin, 40 qram metamfetamin və elektron tərəzi aşkar edilib götürülüb.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əsədzadə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 274 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi