Yuxarı

Bakıda narkotik alıcısı və satıcısı tutuldu

Bakıda narkotik alıcısı və satıcısı tutuldu

Bakıda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

“Report”un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü, əvəllər məhkum olunmuş N.Bağırovdan 4,768 qram heroin və 0,401 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Bağırov narkotik vasitələrini Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü, əvəllər məhkum olunmuş S.Süleymanova satıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılıb.

Onun üzrərinə baxış keçirilən zaman 0,156 qram heroin və 0,53 metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi