Bakıda narkotacirə hökm oxunub

Bakıda narkotacirə hökm oxunub Bakıda heroin və silahla saxlamaqda təqsirləndirilən Şahin Mahmudova hökm oxunub, 11 il azadlıqdan məhrum edilib.
Hadisə
11 Yanvar , 2022 16:21
Bakıda narkotacirə hökm oxunub

Bakıda narkotik vasitənin qanunsuz dövriyyəsində və qanunsuz silah saxlamada təqsirləndirilən Şahin Mahmudova hökm oxunub və o, 11 il azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Sabunçu Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub.

Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroinin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi