Bakıda namus üstündə qətl törədən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda namus üstündə qətl törədən şəxsin ibtidai istintaqı yekunlaşıb Bakıda qətlə törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
14 Mart , 2019 09:58
Bakıda namus üstündə qətl törədən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda qətlə törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonunda baş verib. Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan M.Quliyev internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanış olub. Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib, M.Quliyevlə 2 aya yaxın birgə yaşayıb.

M.Quliyev qadınla birgə Qəbələyə gedib. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.

Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun M.Quliyevlə Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib. Bundan sonra M.Quliyev Bakıya gəlib, lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Bu səbəbdən də qadının qardaşı E.Abdullayev özü ilə bıçaq götürərək Bakıya gəlib, M.Quliyevi tapıb və ona bir neçə zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Son xəbərlər

Orphus sistemi