Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər

Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər Naməlum şəxslər ondan üzərində olan 500 manatın verilməsini tələb ediblər
Hadisə
5 Yanvar , 2018 02:06
Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

"Qanlı göl" massivində 1997-ci il təvəllüdlü Kərimov Ağa Manaf oğlu işdən çıxaraq evinə gedərkən onun qarşısını 3 naməlum şəxs kəsib. Həmin şəxslər A.Kərimovdan üzərində olan 500 manatı onlara verməsini tələb ediblər. O, bununla razılaşmayanda həmin şəxslər A.Kərimovu ölümcül döyublər. 

Nəticədə A.Kərimov qapalı kəllə-beyin travması və butun sümüyünün sınığı xəsarətləri alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, A.Kərimov yaxınlıqdakı binada aparılan tikinti işində fəhlə kimi çalışır. 

Son xəbərlər

Orphus sistemi