Bakıda naməlum şəxs məktəbli qızın qulaqlarındakı sırğaları qoparıb

Bakıda naməlum şəxs məktəbli qızın qulaqlarındakı sırğaları qoparıb Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
20 Dekabr , 2017 09:50
Bakıda naməlum şəxs məktəbli qızın qulaqlarındakı sırğaları qoparıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda azyaşlı qızın qarşısını kəsən naməlum şəxs ona qarşı soyğunçuluq edib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Məlumata görə, rayonun Cəfər Xəndan küçəsindəki evlərdən birində yaşayan 9 yaşlı M.C. məktəbdən evə qayıdan zaman naməlum şəxs onun hər iki qulağındakı qızıl sırğaları qoparıb. 

Hadisə zamanı azyaşlının hər iki qulağı zədələnib və o, psixoloji sarsıntı keçirib. Valideynləri uşağı xəstəxanaya yerləşdirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi