Yuxarı
    Bağlamaq

    Bakıda müştəri taksi sürücüsünü bıçaqlayıb

    Hadisəni törədən şəxs tutulub

    Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı xuliqanlıq edilib. “Report” xəbər verir ki, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində qəsəbə sakini Azad İsgəndərovun taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilinə minən naməlum sərxoş sərnişin gediş haqqını ödəməyib. Bundan sonra mübahisə düşüb. Sərnişlin xuliqanlıq zəminində sürücünü döyub və ona bıçaqla xəsarət yetirib.

    Faktla bağlı araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Rəhman Əliyev olduğu müəyyənləşdirilib. O, tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi