Bakıda müstəntiqə küçə itləri hücum edib, yarasına 24 tikiş qoyulub

Bakıda müstəntiqə küçə itləri hücum edib, yarasına 24 tikiş qoyulub Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.
Hadisə
13 Noyabr , 2017 14:31
Bakıda müstəntiqə küçə itləri hücum edib, yarasına 24 tikiş qoyulub

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.

Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.

Son xəbərlər

Orphus sistemi