Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı məhv etdilər - VİDEO

Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı məhv etdilər - VİDEO Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib
Hadisə
2 Aprel , 2021 10:25
Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı məhv etdilər - VİDEO

Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb.

Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov “Report”a bildirib ki, məhv edilən ağaclar Xan çinarı və leylandr növünə aid olub.

Onun sözlərinə görə, ağacları gecə saatlarında əraziyə gəlmiş naməlum şəxslər məhv ediblər:

“Onlara etiraz edən iki mühafizə əməkdaşımızı isə otaqlarına salaraq qapını arxadan bağlayaraq əməllərinə davam ediblər. Ağacları qıran şəxslərin kimlikləri bilinmir”.

Şikayətçi vurğulayıb ki, ağaclar ötən ilin sentyabr ayında qanuni şəkildə əkilib: "15 ədəd Çinar, 66 ədəd Leylandr, ümumilikdə isə 81 ədəd yeni ağac idi. Həmin ağacların 60-dan çoxu indi yoxdur".

Zərərçəkənlər hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi