Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.
Hadisə
23 Mart , 2023 12:02
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8 000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi