Yuxarı
    Bağlamaq

    Bakıda müəllim işləyən arvadını öldürən şəxs məhkəməyə müraciət edib

    İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq

    Bakı. 9 may. REPORT.AZ/ Bakıda həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadə barəsində olan hökmdən apellyasiya şikayəti verib.

    "Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 11-nə təyin edilib.

    İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. O, həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

    Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

    N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmək) maddəsi ilə ittiham olunub.

    Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi