Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bünyadov prospektində motosiklet yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan, dövlət qeydiyyat nişan nömrəsi 90-RL-176 olan "Saipa" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
VİDEO: İlqar Abdullayev