Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var

Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
17 Mart , 2021 02:20
Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Xəlilli Hüseyn Abbas oğlu motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub və xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldırın əzilmiş yarası diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi