Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, "Su sonası" şadlıq sarayının yaxınlığında motosikletlə avtomobil toqquşub. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Rzayev Rövşən İsgəndər oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki diz qapağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var
Hadisə
25 Sentyabr , 2020
21:45
https://static.report.az/photo/30fe612f-00a9-3a53-937d-0515f5f89c5d.jpg