Bakıda motosikletçi törətdiyi qəzada ağır xəsarət alıb

Bakıda motosikletçi törətdiyi qəzada ağır xəsarət alıb Bakıda 21 yaşlı gənc qəza törədib.
Hadisə
30 Aprel , 2022 07:39
Bakıda motosikletçi törətdiyi qəzada ağır xəsarət alıb

Bakıda 21 yaşlı gənc qəza törədib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Şükürov Emin İxtiyar oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi