
Bakıda yük maşını və motosikletin toqquşması nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, hadisə zamanı motosikletin sürücüsü 1996-cı il təvəllüdlü İsmayılov Əfsər Mübariz oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona diz qapağının sınığı, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.
News Department
Xəbərin müəllifi