Bakıda motosiklet Rusiya vətəndaşı olan uşağı vurub

Bakıda motosiklet Rusiya vətəndaşı olan uşağı vurub Sürücü hadisə yerindən qaçıb
Hadisə
11 İyul , 2016 14:40
Bakıda motosiklet Rusiya vətəndaşı olan uşağı vurub

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda motosiklet Rusiya vətəndaşı olan uşağı vurub.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

L.Tolstoy küçəsində naməlum motosiklet Rusiya vətəndaşı, 2008-ci il təvəllüdlü Melissa Namikovna Danilovanı vurub və hadisə yerindən qaçıb.

Xəsarət alan M.Danilova 1 saylı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi