Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb

Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb Motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb
Hadisə
25 May , 2018 06:41
Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb

Bakı. 25 may. REPORT.AZ/ Bakının Xəzər rayonunda motosiklet piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Bilgəh qəsəbəsindən Buzovnaya gedən yolda baş verib.

Otuz üç yaşlı Şabanov Zamiq Vadim oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyən ad-soyadı hələlik məlum olmayan 50-55 yaşlı qadını vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Motosikletin sürücüsü Z.Şabanov ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi