Bakıda motosiklet qaçıran şəxs tutulub

Bakıda motosiklet qaçıran şəxs tutulub Aparılan araşdırmalarla onun motosikleti həmyerlisinə satması müəyyən edilib
Hadisə
28 Avqust , 2017 12:37
Bakıda motosiklet qaçıran şəxs tutulub

Bakı. 28 avqust. REPORT.AZ/ Bakıda motosiklet qaçıran şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də Bakı şəhər sakini Elman İbrahimova məxsus “Yamaha” markalı motosikleti qaçırmaqda şübhəli bilinən paytaxt sakini Rauf İsgəndərov tutulub.

Aparılan araşdırmalarla onun motosikleti həmyerlisi olan S.Əhmədova satması müəyyən edilib.

Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən S.Əhmədovun Yasamal rayonu ərazisindəki qarajına baxış zamanı həmin motosiklet aşkar edilib.

Son xəbərlər

Orphus sistemi