Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Aprel , 2021 02:23
Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində hərəkətdə olan motosiklet idarəetməni itirərək minik avtomobilinə çırpılıb.

Hadisə zamanı motosikletin sürücüsü, 1990-cı il təvəllüdlü Əliyev Kamran Rafael oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi