Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var

Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var Bakıda motosiklet avtomobilə çırpılıb.
Hadisə
12 Yanvar , 2020 23:29
Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var

Bakıda motosiklet avtomobilə çırpılıb.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Mətbuat prospektində 21 yaşlı Səfərbəyov Tural Rüstəm oğlu motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet arxadan minik avtomobilinə çırpılıb.

T.Səfərbəyov hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi