"Motodrom"da yanğın söndürülüb - YENİLƏNİB

"Motodrom"da yanğın söndürülüb - YENİLƏNİB Bakıda Motodrom adlanan ərazidə yanğın başlayıb.
Hadisə
27 may 2025 09:33
Motodromda yanğın söndürülüb - YENİLƏNİB

Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

09:05

Bakıda, "Motodrom" adlanan ərazidə yanğın başlayıb.

"Report"un xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi