Bakıda motelə əylənməyə gedən qadın oğurluq etdiyi üçün saxlanılıb

Bakıda motelə əylənməyə gedən qadın oğurluq etdiyi üçün saxlanılıb O, 6 min manat pul oğurlamaqda şübhəlı bilinir
Hadisə
4 Noyabr , 2014 13:08
Bakıda motelə əylənməyə gedən qadın oğurluq etdiyi üçün saxlanılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda oğurluq edən qadın saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Fəridə Mirzəyeva tutulub. Məlum olub ki, F.Mirzəyeva oktyabrın 8-də, saat 01:30 radələrində Baksol yolunda yerləşən moteldə, Bakı şəhər sakini Vasif Nəsibovun cibindən 150 manat və ona məxsus “BMW” markalı avtomobildən 6000 manat nağd pulu gizli yolla oğurlayıb. Araşdırma zamanı məlum olub ki, zərərçəkən şəxslə saxlanılan F.Mirzəyeva hadisə günü əylənmək məqsədi ilə həmin hotelə gediblər. Bundan sonra F.Mirzəyevə V.Nəsibovun gözündən yayınaraq onun avtomaşınında və cibində olan pulu götürərək aradan çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi