Bakıda mobil opetarorlara məxsus baza stansiyalarından oğurluq edilib

Bakıda mobil opetarorlara məxsus baza stansiyalarından oğurluq edilib Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində “Azərconnect” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub.
Hadisə
15 Oktyabr , 2018 10:30
Bakıda mobil opetarorlara məxsus baza stansiyalarından oğurluq edilib
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində “Azərconnect” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumlyatorun naməlum şəraitdə oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Şöbə əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar. Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumlyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi