​Bakıda minik maşını qəza törədib, xəsarət alan var

​Bakıda minik maşını qəza törədib, xəsarət alan var Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları çağırılıb
Hadisə
25 May , 2015 03:53
​Bakıda minik maşını qəza törədib, xəsarət alan var

Bakı. 25 may. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq beton sədlərə çırpılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə nəticəsində "Mercedes" markalı minik avtomobilində olan 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi