Yuxarı

Bakıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

​Bakıda minik avtomobilləri toqquşub, 3 nəfər xəsarət alıb

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda, Qala qəsəbəsi ərazisində baş verib.

"Volkswagen" markalı minik avtomobilinin arxadan "Vaz-21" markalı avtomobilə çırpılması nəticəsində "Vaz-21"-də olanlar- 1967-ci il təvəllüdlü Yusifov Neman Şəmsəddin oğlu, 1984-cü il təvəllüdlü Vəliyev Ruslan Ələkbər oğlu, habelə "Volkswagen"in sərnişini - 1988-ci il təvəllüdlü Hüseynli Günel Hikmət qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Ramin Şahbazov 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi