ANAMA: Bakıda minik avtomobilindən hərbi sursatlar aşkarlanıb

ANAMA: Bakıda minik avtomobilindən hərbi sursatlar aşkarlanıb Sursatlar Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb
Hadisə
7 Avqust , 2017 19:22
ANAMA: Bakıda minik avtomobilindən hərbi sursatlar aşkarlanıb
ANAMA

Bakı. 7 avqust.REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyi Bakıda minik avtomobilindən hərbi sursatlar aşkarlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə 72 ünvanında olan avtomobilə baxış keçirilib, 2 ədəd MK2 əl qumbarası və 15 ədəd müxtəlif çaplı patron (11 ədəd 7 mm-lik və 4 ədəd 9 mm-lik tapança patronu) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən cari il yanvarın 1-dən avqustun 7-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 868 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 695 877 kv.m ərazi (718 093 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. 

Son xəbərlər

Orphus sistemi