Bakıda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

Bakıda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb Qəzaya yüksək sürət səbəb olub
Hadisə
1 Aprel , 2017 22:45
Bakıda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza Zabrat qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Kamaz”ın toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı “Mercedes”də olan sərnişin, 1957-ci il təvəllüdlü Bənövşə Balabəy qızı Allahverdiyeva ağır xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, qəzaya minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi