Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var

Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var Bakıda minik avtomobili yolun kənarındakı səkiyə çırpılıb.
Hadisə
26 May , 2024 10:13
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili yolun kənarındakı səkiyə çırpılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili yolun kənarındakı səkiyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi