Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşüb, xəsarət alan var

Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşüb, xəsarət alan var Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.
Hadisə
27 mart 2025 16:51
Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşüb, xəsarət alan var

Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.

Bu barədə “Report”a Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:

“Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər”.

Həmçinin qeyd olunub ki, xəndək təxminən iki ilə yaxındır qazılıb və bu müddət ərzində orada heç bir tikinti işləri aparılmayıb:

“Bu yaxınlarda ətrafda yaşayan yaşlı sakin də gecə vaxtı xəndəyə yıxılaraq qolunu qırmışdı. Ümumiyyətlə, xəndəyin ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Sadəcə, təzəlikcə xəndəyin ətrafına dəmir torlar çəkilib və qaranlıq düşəndə o da görünmür

.

Son xəbərlər

Orphus sistemi