Bakı. 17 iyul. REPORT.AZ/ Bakıda minik avtomobilində yanğın baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, hadisə Bakı şəhərinin Suraxanı rayonu ərazisində baş verib. Vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür