Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücü ağır xəsarət alıb

Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücü ağır xəsarət alıb Qəzaya səbəb yük maşınının sürücüsünün yuxulaması olub
Hadisə
13 Fevral , 2017 15:29
Bakıda minik avtomobili Kamazla toqquşub, sürücü ağır xəsarət alıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda minik avtomobili "Kamaz"la toqquşub, sürücülərdən biri ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsində körpünün altında 35 yaşlı Qarayev Süleyman Zeynal oğlunun idarəetməsində olan "VAZ 2107" ilə "Kamaz" markalı yük maşını toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü S.Qarayev ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "Kamaz" markalı yük avtomobilinin sürücüsünün yuxulaması olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi