Bakıda mikroavtobusun aşması nəticəsində yaralanan şəxslərdən biri ölüb

Bakıda mikroavtobusun aşması nəticəsində yaralanan şəxslərdən biri ölüb Bakı. 9 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Lənkərandan Bakıya gələn mikroavtobusun aşması ilə bağlı rəsmi məlumat yayıb.
Hadisə
9 Oktyabr , 2018 12:19
Bakıda mikroavtobusun aşması nəticəsində yaralanan şəxslərdən biri ölüb
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Lənkərandan Bakıya gələn mikroavtobusun aşması ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və sərnişinləri - Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Q.Salayeva orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi