Bakıda avtomobildə meyit aşkarlanıb

Bakıda avtomobildə meyit aşkarlanıb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə
10 Mart , 2024 09:29
Bakıda avtomobildə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi