Bakıda metroya ziyan vuran Fransa vətəndaşının şikayəti təmin olunmayıb

Bakıda metroya ziyan vuran Fransa vətəndaşının şikayəti təmin olunmayıb Bakı metrounun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Teqo Hüqonun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
16 Dekabr , 2024 17:14
Bakıda metroya ziyan vuran Fransa vətəndaşının şikayəti təmin olunmayıb

Bakıda metronun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Teqo Hüqonun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlininin sədrliyi ilə keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.

Xatırladaq ki, ittihama görə, Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 2024-cü il martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurublar.

Son xəbərlər

Orphus sistemi