Bakıda metronun yaxınlığında gənc oğlan bıçaqlanıb

Bakıda metronun yaxınlığında gənc oğlan bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
29 May , 2018 08:11
Bakıda metronun yaxınlığında gənc oğlan bıçaqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Cəbrayılov Nurlan Cəbrayıl oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi