Metroda sevgilisini bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Metroda sevgilisini bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
19 Aprel , 2019 09:55
Metroda sevgilisini bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. 

Xatırladaq ki, V.Abddulayev ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb.

Məlumatda görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Son xəbərlər

Orphus sistemi