Bakıda evə basqın olub: kişi qadını qətlə yetirərək daha iki şəxsi ağır yaralayıb - TƏFƏRRÜAT - FOTO - VİDEO

Bakıda evə basqın olub: kişi qadını qətlə yetirərək daha iki şəxsi ağır yaralayıb - TƏFƏRRÜAT - FOTO - VİDEO Hadisə 4 nəfərin iştirakı ilə törədilib
Hadisə
23 İyun , 2017 10:43
Bakıda evə basqın olub: kişi qadını qətlə yetirərək daha iki şəxsi ağır yaralayıb - TƏFƏRRÜAT - FOTO - VİDEO
Foto:Report.az

Video əlavə olunub


*** saat 02:34

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda törədilən qətlin bəzi təfərrüatı məlum olub.

"Report" xəbər verir ki, qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızıdır.

Sözügedən qadın hadisəni törədən Sənan Məmmədov ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb.

Hadisə baş verən gecə S.Məmmədov daha üç nəfərlə birgə Mahirənin Nizami metrostansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsindən ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Polis əməkdaşları evdə olan müşahidə kameralarının köməkliyi ilə insidentin təfərrüatlarını müəyyənləşdirirlər.


*** 01:09

Bakı. 23 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib.

"Report" xəbər verir ki, insident Nizami metrostansiyası yaxınlığında qeydə alınıb.

Sözügedən ərazidə usta işləyən Sənan Məmmədov Mahirə adlı qadın tanışı ilə mübahisə edib və onu vuraraq evdən qovub. Bununla kifayətlənməyən şəxs qadını təqib edib və onun kirayə qaldığı evə gəlib. Bu zaman onun qarşısına qadını müdafiə etmək istəyən ev yiyəsi, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı çıxıb. Lakin Sənan qarşısına çıxan qadını və onun köməyinə gələn oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlunu bıçaqlayıb. Bununla da hirsi soyumayan şəxs Mahirənin ürək nahiyəsinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

İnsident zamanı bıçaq xəsarəti alan ana və oğul 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi