​Bakıda məşhur yanacaqdoldurma məntəqəsində yanğın olub

​Bakıda məşhur yanacaqdoldurma məntəqəsində yanğın olub Hadisə Bakı-Salyan şosesinin 16-cı kilometrliyində qeydə alınıb
Hadisə
28 May , 2015 00:17
​Bakıda məşhur yanacaqdoldurma məntəqəsində yanğın olub

Bakı. 28 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Səbail rayonu ərazisində, Bakı-Salyan şosesinin 16-cı kilometrliyində “ABU Petrol” yanacaqdoldurma məntəqəsində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində məntəqənin tavanında paylayıcı reduktor yanıb və yüksək tempetaturdan lambirdən ibarət tavan 2 kv.m sahədə əriyib.

Yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın saat 21:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi