Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov tutulub.
Onlar sentyabrın 28-i saat 20:00-dan 29-u saat 09:20-dək, Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55000 manat, oktyabrın 13-də saat 08:30 radələrində, B.Nuriyev küçəsində yerləşən “Grandmart” marketlər şəbəkəsinin mağazasından, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65.000 manat olan seyfləri oğurlamaqda şübhəli bilinirlər.
Tutulan şəxslərin digər oğurluqlarda iştirak edib-etmədiyi araşdırılır.