Bakıda "Mercedes" "Opel"ə, sonra evə çırpılıb, xəsarət alanlar var - FOTO

Bakıda "Mercedes" "Opel"ə, sonra evə çırpılıb, xəsarət alanlar var - FOTO Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
27 Oktyabr , 2019 23:01
Bakıda Mercedes Opelə, sonra evə çırpılıb, xəsarət alanlar var - FOTO

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil arxadan "Opel" markalı avtomobilə, sonra yol kənarında dayanan piyada, 70 yaşlı Vladimir Voronova ağır xəsarət yetirib. Avtomobil daha sonra ərazidəki yaşayış evinə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Qəza nəticəsində xəsarət almış "Opel"in sürücüsü, 27 yaşlı Zaur Əlizadə təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi