Bakıda mərc oyunlarında uduzub, müdirinin evindən oğurluq edən şəxsin məhkəməsi başlayır

Bakıda mərc oyunlarında uduzub, müdirinin evindən oğurluq edən şəxsin məhkəməsi başlayır Məhkəmənin hazırlıq iclası dekbarın 25-nə təyin edilib
Hadisə
12 Dekabr , 2018 13:08
Bakıda mərc oyunlarında uduzub, müdirinin evindən oğurluq edən şəxsin məhkəməsi başlayır

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda oğurluqda ittiham edilən Raqib Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşad Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonunda yaşayan Şəki şəhər sakini Ümid Hüseynov bu ilin sentyabr ayında kirayə qaldığı evdən 5300 manat oğurlanması ilə bağlı rayon polis idarəsinə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki,həmin oğurluq hadisəsini onunla bir evdə qalan həmyerlisi R.Orucov törədib.

Saxlanılaraq idarəyə gətirilən R.Orucov törətdiyi cinayət əməlini etiraf edib. İstintaqın gedişində məlum olub ki, R.Orucov evdən oğurladığı pulla kifayətlənməyib.

Belə ki, uzun müddətdir ki,Ü.Hüseynovun işlətdiyi mərc oyunları məntəqəsində operator olan R.Orucov özü də külli miqdarda pul uduzub. Müdirindən xəbərsiz uduzduğu pulları bərpa etmək istəyən R.Orucov oğurluq etmək qərarına gəlib.

Saxlanılan şəxsin sözlərinə görə, 5 il ərzində mərc oyunlarına 50 min manatdan artıq pul uduzub.

Son xəbərlər

Orphus sistemi