Bakıda mənzillərdə yanğın baş verib

Bakıda mənzillərdə yanğın baş verib Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin yanar konstr
Hadisə
1 Yanvar , 2021 21:26
Bakıda mənzillərdə yanğın baş verib

Bakı şəhərinin Yasamal rayonunda iki mənzildə yanğın baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə və ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzildə arakəsmə divar 8 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi