Bakıda mənzili bir neçə adama satan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakıda mənzili bir neçə adama satan şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanıb
Hadisə
9 May , 2017 09:28
Bakıda mənzili bir neçə adama satan şəxsin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 9 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Qasım Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Q.Hüseynov Bakıda yerləşən tikinti şirkətlərindən birinin rəhbəri ilə qohum olduğunu əsas gətirərək vətəndaşları mənzillə təmin edəcəyini deyib. O, bu yolla paytaxt sakinlərinin etibarından sui-istifadə edərək onlara qarşı ümumilikdə 240 min manatdan çox dələduzluq edib. Q.Hüseynov mənzili bir neçə şəxsə satmaqda təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 32.4, 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) maddələri ilə ittiham olunub.

Q.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi