Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən Sultan Camal və Ramiz Əliyevə hökm oxunub.
Hadisə
22 May , 2023 14:04
Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən Camal Sultan və Ramiz Əliyevə hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə C.Sultan məhkəmə zalından azadlığa buraxılıb, R.Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mayında Xətai rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi