Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib
Hadisə
2 Yanvar , 2015 13:11
Bakıda mənzildən meyit tapılıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. “Report” nazirliyin saytına istinadən xəbər verir ki, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Ağamalıyeva Elmira Nağı qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Ağamalıyevanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi