Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
10 Yanvar , 2017 11:00
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda mənzildən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini 1972-ci il təvəllüdlü Kərimova Tünzalə İsrail qızına məxsus Məmmədəli Şərifli küçəsi ev 24/25 mənzil 26 ünvanında oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus mənzildən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi